Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi möhtəşəm Qələbə münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. 27 sentyabr tarixindən başlayaraq, doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Belə ki, 30 illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən isğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. əminik ki, milli birliyimizi daha da gücləndirən bu tarixi qalibiyyət müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaq.
Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yasayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı.

Bir daha Vətən Müharibəsində qazandıgımız qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Qanı ilə tarix yazan şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm!

Qarabağ – Azərbaycandır!

“AZPROTR” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tural Rəhimov